Əsas məzmuna keç

Yaponiyada əhali azaldı

Yaponiyada əhali azaldı

Daxili İşlər Nazirliyinin statistikasına görə, 42 ildən sonra demoqrafik göstərici 120 milyondan aşağı düşüb. Yaponiyada yaşlanma və doğumun azalması hansı nəticələrə yol açır?

ru en

hökuməti 2025-ci ildə ölkə vətəndaşlarının sayının əvvəlki müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə düşdüyünü açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki,bununla bağlı xarici KİV məlumat yayıb.

Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin açıqladığı statistikaya əsasən, bu, rəsmi məlumatların toplanmağa başladığı 1968-ci ildən bəri alınan ən böyük illik azalma olub.

Bununla da Yaponiyada yapon vətəndaşlarının sayı 42 ildən sonra ilk dəfə 120 milyon nəfərdən aşağı enib.

Nazirliyin məlumatına görə, 2025-ci ildə ölkədə təxminən 670 min alınıb. Eyni dövrdə ölənlərin sayı isə 1,6 milyona yaxın olub.

Digər tərəfdən, Yaponiyada yaşayan xarici vətəndaşların sayı artıb. Ötən illə müqayisədə 354 min nəfərlik artım qeydə alınıb və xarici sakinlərin ümumi sayı 4 milyon 31 min 159 nəfərə çatıb.

Xarici vətəndaşlar da daxil olmaqla, Yaponiyanın ümumi əhalisi 123 milyon 767 min 642 nəfər təşkil edib.

Yaponiyada əhalinin azalmasının əsas səbəbləri kimi cəmiyyətin sürətlə yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi göstərilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…