Əsas məzmuna keç

Çin əhalisi növbəti 10 ildə 60 milyon nəfər azala bilər

Çin əhalisi növbəti 10 ildə 60 milyon nəfər azala bilər

"Rhodium Group" şirkətinin yeni hesabatına görə, Çindəki mövcud demoqrafik vəziyyət ölkə iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.

ru en

Yaxın onillikdə əhalisinin təxminən 60 milyon nəfər azalacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" analitik şirkətinin ölkədəki tendensiyalara həsr olunmuş hesabatında məlumat verilir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, göstəricilərinin hazırkı dinamikası Çin iqtisadiyyatı üçün "açıq təhdid" xarakteri daşıyır.

Onların hesablamalarına əsasən, 2035-ci ilə qədər əhalinin illik azalma tempi 7,6 milyon nəfərə çata bilər.

Hazırda dövlət bir sıra sistemli demoqrafik problemlərlə, o cümlədən əhalinin qocalması və gender disbalansı ilə üz-üzədir. Vəziyyətin bu həddə çatmasında 1970-ci illərin sonundan tətbiq edilən "bir ailə — bir uşaq" siyasəti mühüm rol oynayıb.

2010-cu illərin əvvəllərindən etibarən hökumət məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.

2013-cü ildə yalnız bir uşağı olan valideynlərə, 2016-cı ildə isə bütün cütlüklərə ikinci uşaq sahibi olmağa icazə verildi.

Daha sonra, 2021-ci ildə qanunvericilik səviyyəsində üç uşağa icazə verildi və əvvəlki cərimələr ləğv edildi.

Bütün bu tədbirlərə baxmayaraq, doğum səviyyəsində artım müşahidə olunmayıb, əksinə, göstəricilər enməyə davam edib.

Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, son statistik dövrdə əhali 3,39 milyon nəfər azalaraq 1,404 milyard təşkil edib. Doğum əmsalı 5,63, ölüm göstəricisi isə 8,04 promille olub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…