Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaponiyada ayı təhlükəsi artır: süni intellekt və dronlar işə düşdü

3 dəq
Paylaş:
Yaponiyada ayı təhlükəsi artır: süni intellekt və dronlar işə düşdü

Yaponiyada ayıların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi halları ciddi narahatlıq doğurur. 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək ölkədə nəticəsində 13 nəfər həyatını itirib, 220-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, payızın gəlişi ilə ayıların qidalanma dövrünün pik həddə çatması ölkədə narahatlıqlarını daha da artırıb. Mütəxəssislər ayı-insan qarşıdurmalarının artmasını kənd yerlərində əhalinin azalması, tərk edilmiş kənd təsərrüfatı sahələrinin çoxalması, ovçuların sayının azalması və ilə əlaqələndirirlər.

Təhlükənin qarşısını almaq üçün bəzi bölgələrdə süni intellektlə dəstəklənən kamera sistemlərindən istifadə olunur. “Gunma”, “Toyama” və “Ishikawa” bölgələrində quraşdırılan hərəkət sensorlu kameralar ayıları vasitəsilə müəyyənləşdirərək yerli orqanlara dərhal xəbərdarlıq göndərir.

Hokkaido prefekturasında isə ayıların izlənməsi üçün dronlardan istifadə edilir. “Shintotsukawa” şəhərində yaradılan xüsusi stansiya xəbərdarlıqdan cəmi 10 dəqiqə sonra dronları havaya qaldıraraq ayının hərəkətini izləyə bilir. ABŞ-ın Montana ştatında aparılan araşdırmalar isə dronların ayıları yaşayış məntəqələrindən uzaqlaşdırılmasında 91 faiz effektiv olduğunu göstərib.

Fərdi müdafiə vasitələri arasında isə “Monster Wolf” adlı robot xüsusi diqqət çəkir. Günəş enerjisi ilə işləyən qurğu nəsli kəsilmiş yapon qurdunun ulartısını təqlid edərək ayıları ərazidən uzaqlaşdırır. Təxminən 4 min dollar dəyərində olan robotu istehsal edən “Wolf Kamuy” şirkətinin rəhbəri Motohiro Miyasaka şəhərlərdə ayıların görünmə hallarının artması fonunda satışların iki dəfə yüksəldiyini bildirib.

Şirkət turistlər üçün robotun daha kiçik və daşınabilən versiyası olan “Monster Wolf Mini” üzərində də çalışır.

Yaponiya hökuməti isə 2026-cı ilin ekoloji hesabatında ayıları ictimai üçün “ciddi təhdid” kimi qiymətləndirib. Yeni plana əsasən, 2030-cu ilə qədər ayı populyasiyasının 62-67 faiz azaldılması hədəflənir.

Bununla yanaşı, “Picchio Wildlife Research Center” kimi qurumlar texnoloji vasitələrlə yanaşı, xüsusi təlim keçmiş Karelian ayı itlərindən də istifadə edərək heyvanları yaşayış məntəqələrindən zərərsiz şəkildə uzaqlaşdırmağa çalışırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə