Əsas məzmuna keç

Yaponiyada 7,1 ballıq zəlzələ, yaralananlar var

Yaponiyada 7,1 ballıq zəlzələ, yaralananlar var

Kumamoto sahillərində baş verən güclü yeraltı təkanlar nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Yatsuşiro dənizi ətrafında sunami təhlükəsi elan olunub.

ru en

Yaponiyanın cənubunda yerləşən prefekturası sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məlumata əsasən, nəticədə 50-dən çox insan yaralanıb və xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, yerli vaxtla saat 16:27-də Kumamoto prefekturasının Uki və Hikava rayonları yaxınlığında baş verib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Agentlik bildirib ki, zəlzələ Kumamotonun , Uto və Maşiki rayonlarında da güclü şəkildə hiss olunub.

Qeyd olunub ki, zəlzələdən sonra Kumamoto sahillərində yerləşən Yatsuşiro dənizi ətrafı üçün təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…