Əsas məzmuna keç

Yaponiyada 7,4 ballıq zəlzələ: Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq

Yaponiyada 7,4 ballıq zəlzələ: Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq

Sakit okeandakı güclü yeraltı təkanlar İvate, Aomori və Hokkaydoda həyəcan təbili çaldırdı. 3 metrlik dalğalar və dağıntı riski barədə son məlumatları oxuyun.

en ru

Yaponiyanın şimal-şərq sahillərində 7,4 maqnitudalı zəlzələ olub, ardınca mümkün ilə bağlı xəbərdarlıq elan edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri okeanda, təxminən 10 kilometr dərinlikdə yerləşib. Hakimiyyət İvate, Aomori və Hokkaydo prefekturaları üçün hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı elan edib.

Zəlzələ Yaponiyanın seysmik intensivlik şkalası üzrə "yuxarı beşlik" kimi qiymətləndirilib - bu, insanların hərəkətində ciddi çətinliklərin və konstruksiyaların zədələnməsinin, o cümlədən armatursuz beton divarların çökməsinin mümkün olduğu bir səviyyədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…