Əsas məzmuna keç

Xəzərdə 11 kq narkotik ələ keçirildi

Xəzərdə 11 kq narkotik ələ keçirildi

Bakıda DİN-in keçirdiyi əməliyyatla Haqverdi Əhmədli və iki qardaş tutuldu. İran vətəndaşından alınan külli miqdarda marixuana müsadirə edilib. Cinayətin təfərrüatı:

en ru

Xəzər Rayon İdarəsinin əməkdaşları tərəfindən və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əməliyyat zamanı şübhəli bilinən paytaxt sakinləri — 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir və onun qardaşı, 26 yaşlı Elxan Əhmədov saxlanılıblar.

Baxış zamanı onlardan ümumilikdə 10 kiloqram 896 qram çəkidə, tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkar edilərək götürülüb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə ediblər.

Faktla bağlı başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…