Əsas məzmuna keç

İrandan narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan TIR sürücüsü saxlanılıb

İrandan narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan TIR sürücüsü saxlanılıb

Abşeron rayonunda keçirilən əməliyyat nəticəsində 11 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkar edilib.

en ru

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Rayon İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs yaxalanıb.

Beynəlxalq yükdaşımalarla məşğul olan 47 yaşlı Emin Əhmədovun idarə etdiyi iritonnajlı yük avtomobilinə baxış zamanı 8 kq heroin və 3 kq-dan çox metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırmalarla müəyyən edilib ki, E. narkotik vasitələri İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…