Əsas məzmuna keç

Masazırda əməliyyatlar zamanı 13 nəfər saxlanılıb

Masazırda əməliyyatlar zamanı 13 nəfər saxlanılıb

Abşeron polisi Masazırda Türkanə Məmmədova daxil 13 narkokuryeri tutub. 6 kq metamfetamin müsadirə edilib. DİN-in genişmiqyaslı əməliyyatının şok təfərrüatları...

en ru

Rayon İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şübhəlilərdən Türkanə , Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.

“Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…