Əsas məzmuna keç

Üç şəhərdə keçirilən əməliyyatlarda 82 kiloqram narkotik aşkarlanıb

Üç şəhərdə keçirilən əməliyyatlarda 82 kiloqram narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt və Abşeronda keçirdiyi reydlər nəticəsində qanunsuz dövriyyədən külli miqdarda psixotrop maddə çıxarılıb.

en ru

, Gəncə və Sumqayıtda 82 kiloqram və 6365 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

Bakıda, eləcə də Gəncə və şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin saxlanılıb.

Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…