Əsas məzmuna keç

Heroin və “metadon” həblərinin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Heroin və “metadon” həblərinin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Paytaxtda keçirilən reydin detalları məlum olub.

en ru

Dövlət Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” komitəyə istinadən xəbər verir ki, İdarənin "Astara" gömrük postunun idxal nəzarət xəttində İrandan ölkəmizə gələn yük vasitəsinə gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkar edilməsə də, sürücünün davranışları gömrük əməkdaşlarında şübhə yaradıb.

Bununla əlaqədar sürücünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun belinə korset vasitəsilə bağlanmış 3 ədəd bağlamadan ümumilikdə 3000 ədəd həbdən ibarət külli miqdarda - aşkar edilib.

Bundan əlavə, gömrük nəzarəti tədbirləri zamanı sürücünün gömrük postunun ərazisinə atdığı 2 ədəd bağlamaya da baxış keçirilib.

Baxış zamanı həmin bağlamalardan xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…