Əsas məzmuna keç

İrandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alınıb

Astara gömrük postunda həyata keçirilən əməliyyatla külli miqdarda heroin və tiryəkin qanunsuz yolla daşınmasına mane olunub. Qaçaqmalçılıq cəhdi necə aşkarlandı?

en ru

Dövlət Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit ərazisindən keçirilməsinin qarşısı alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” komitəyə istinadən xəbər verir ki, Astara gömrük postunda İrandan Rusiyaya "şaftalı" yükü aparan yük vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 104 ədəd "şaftalı" formalı qablaşdırmada xalis təmiz çəkisi 51 kq 906 qram - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…