“Xetafe”nin prezidenti Anxel Torres 40 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Serxio Ramosın klubun mümkün transferlər siyahısına daxil edildiyini açıqlayıb. Torresin sözlərini AS onun Radio Nacional-ın efirindəki açıqlamasına istinadən yayıb.
“Onun qardaşı, agenti mənimlə danışıb. O, mümkün transferlər siyahısındadır. Komandaya keçə bilər. Bir müddətdir bunun üzərində işləyirik”, – Torres deyib.
Klub rəhbərinin sözlərinə görə, baş məşqçi Xose Bordalas ilk növbədə hücumun cinahlarını gücləndirməyi hədəfləyir. Komandanın heyətində artıq təcrübəli altı mərkəz müdafiəçisi var.
“Xetafe” daha əvvəl “Real”ın sabiq kapitanı Dani Karvaxalı heyətinə qatıb. Ramosın son klubu “Monterrey” olub. O, 2026-cı ilin yanvarında Meksika klubundan ayrılıb. Müdafiəçi karyerası ərzində “Real”, “Sevilya” və PSJ-də də çıxış edib.
Transfermarkt-ın məlumatına əsasən, Ramosın transfer dəyəri 800 min avrodur.