Fransa millisinin 1998-ci il dünya çempionu Emmanuel Peti “PSJ”nin qapıçısı Lük Şevalyenin Matvey Safonovla rəqabəti barədə danışıb.
Peti bildirib ki, yüksək səviyyəli peşəkar idmançı oynamaq istəyir və karyerası boyu ehtiyat qapıçı rolunda qalmaqla kifayətlənə bilməz. Onun sözlərinə görə, təzyiq Şevalye üçün həddindən artıq güclü olub və qapıçı “PSJ”də onu gözləyən çağırışlara psixoloji cəhətdən hazır olmayıb. Petinin fikirlərini Sports.fr yayıb.
Hazırda “PSJ”nin əsas qapıçısı Safonovdur. 2025-ci ildə Paris klubuna keçən Şevalye bu mövsüm heç bir oyunda meydana çıxmayıb.