Operativ Məlumat Mərkəzi

“Xarici agentlər haqqında” qanun layihəsi geri götürülüb

2 dəq
Paylaş:
“Xarici agentlər haqqında” qanun layihəsi geri götürülüb
bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında qeyd...

“Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür:

“Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər