Əsas məzmuna keç

“Xarici agentlər haqqında” qanun layihəsi geri götürülüb

“Xarici agentlər haqqında” qanun layihəsi geri götürülüb

bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında qeyd...

“Xarici haqqında” qanun layihəsi parlamentindən geri götürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” hərəkatının və parlament çoxluğunun birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür:

“Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…