Əsas məzmuna keç

Bakı və bölgələrə güclü küləklə bağlı xəbərdarlıq edildi

Bakı və bölgələrə güclü küləklə bağlı xəbərdarlıq edildi

Sinoptiklər Bakı və Abşeron yarımadasında güclü küləyin əsəcəyini proqnozlaşdırır. Ekologiya Nazirliyinin xəbərdarlığı: hansı rayonlarda təhlükə gözlənilir?

en ru

Bakıda və yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 7-dən 8-i səhərədək gözlənilən küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Gədəbəy, Göygöl, Şərur, Sədərək, Quba, Salyan, Şirvan, Sabirabad, Saatlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı, Zərdab, Ağdaş, Ağcabədi, Xocavənddə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Hava proqnozu

18° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 18° 15°
  2. Sabah Günəşli 19° 17°
  3. Birisi gün Tutqun 19° 16°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…