Əsas məzmuna keç

Bəzi bölgələrə leysan yağır, güclü külək əsir

Bəzi bölgələrə leysan yağır, güclü külək əsir

Sinoptiklər Bakı və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyini proqnozlaşdırır. Temperatur enəcək, fırtınalı külək və yağıntılar gözlənilir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı müşahidə olunur, yağıntılar ayı-ayrı yerlərdə xarakterlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 15:30-a olan məlumatında qeyd edilib.

Bəzi yerlərdə şimal-qərb küləyi , küləyin maksimal sürəti Naftalan, Gəncədə 28, Goranboyda 27, Mingəçevir, Ağstafada 25, Tovuzda 24, Bakıda və yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtər, Şəmkirdə 16, Zaqatala, Balakən, Şəkidə 15 m/s-yə çatır.

Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağır, şimşək çaxır.

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin sentyabrın 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 18, Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə 6, Gədəbəy, Şəkidə (Kişçay), Şahbuzda 5, Beyləqan, Qusar, Qəbələ, Balakəndə 4, Goranboy, İmişli, Oğuzda 3, Qrız, Xınalıq, Cəbrayıl, Zərdab, Tərtər, Ağstafa, Ordubad, Culfada 2, Xaçmaz, Sədərək, Naxçıvan, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Gəncə, Şamaxı, Xaltan, Bərdə, Mingəçevir, Yevlax, Sabirabad, Biləsuvar, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Culfada 20 m/s-yə çatır.

Hava proqnozu

18° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 18° 15°
  2. Sabah Günəşli 19° 17°
  3. Birisi gün Tutqun 19° 16°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…