Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Bu gün eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək.
5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 334 ton taxta göndərilib.