Əsas məzmuna keç

Rusiya ordusu kütləvi raket hücumuna başlayıb, Kiyevə ballistik raket atılıb - YENİLƏNİB 2

Rusiya ordusu kütləvi raket hücumuna başlayıb, Kiyevə ballistik raket atılıb - YENİLƏNİB 2

bu barədə vilayət hərbi administrasiyasından xəbər verilib.  Qeyd olunub ki, hadisə vilayətin Zoloçevski rayonunda baş verib. Məlumata görə, ölənlərdən...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Silahlı Qüvvələrinin Lvov vilayətinə hücumu nəticəsində 4 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasından xəbər verilib.

Qeyd olunub ki, hadisə vilayətin Zoloçevski rayonunda baş verib. Məlumata görə, ölənlərdən 2-si kişi, 2-si isə qadındır. 3 yaşayış binası, 3 və qaraj yanıb. Yanğınlar söndürülüb.

Dağıntılar altından axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Ölənlərin sayının artacağı istisna deyil.

09:48***

Rusiya Silahlı Qüvvələri gecə saatlarından etibarən ərazisində kütləvi raket hücumlarına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.

Eyni zamanda rusların İran istehsallı “Şahed” PUA-ları ilə hücuma keçdiyi vurğulanıb .

Qeyd olunub ki, raket hücumu ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir.

Merin sözlərinə görə, Kiyev vilayətində əhalinin 15 faizi işıqsız qalıb.

Məlumata görə, paytaxt Kiyev şəhərinə raketlər atılıb.

Həmçinin Odessa və Xarkov şəhərlərində də partlayış səsləri eşidilib.

Bütün ölkə ərazisində havadan müdafiə sistemi işə düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…