Əsas məzmuna keç

WUF13 tədbir məkanı açıqlandı: Sahəsi 53 hektar olacaq

WUF13 tədbir məkanı açıqlandı: Sahəsi 53 hektar olacaq

2026-cı ildə Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun miqyası açıqlandı. BMT-nin bu mötəbər toplantısı hansı yeniliklərlə yadda qalacaq?

en ru

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının () keçiriləcəyi Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə tədbir 53 təşkil edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…