Əsas məzmuna keç

İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün şərəfdir

İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün şərəfdir

Dövlət başçısı Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini qeyd etdi. BMT-nin bu mötəbər tədbiri və paytaxtın yeni hədəfləri ilə tanış olun.

en ru

WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib.

"WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir", - vurğulayıb.

lideri qeyd edib ki, forum indiyədək görülən işlər, gələcək planlar barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşların təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir:

"Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…