Operativ Məlumat Mərkəzi

“Çelsi”nin baş məşqçisi istefaya göndərilib

2 dəq
Paylaş:
“Çelsi”nin baş məşqçisi istefaya göndərilib

Londonun “Çelsi” futbol klubu Qrem Potterin komandanın baş məşqçisi postundan istefaya göndərildiyini açıqlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir.

“Qrem Potterin klubu tərk etdiyini elan edirik. O, klubun şərtləri ilə razılaşıb. Əməyinə görə ona təşəkkür etmək istəyirik və gələcəkdə uğurlar arzulayırıq”, - deyə məlumatda bildirilib.

Potter 2022-ci ilin sentyabrından “Çelsi”yə rəhbərlik edir və müqaviləsi 2027-ci ilin iyununun sonuna qədər idi.

47 yaşlı mütəxəssislə birlikdə “Çelsi” bütün yarışlarda 12 qələbə qazanıb, 11 məğlubiyyətlə üzləşib və 8 dəfə heç-heçə edib.

Komanda İngiltərə Premyer Liqasının (APL) turnir cədvəlində 28 oyundan 38 xalla 11-ci pillədə qərarlaşıb.

Klub həmçinin Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib və “Real Madrid”lə qarşılaşacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər