Əsas məzmuna keç

"Arsenal" və "Çelsi" "Real"ın yetirməsi üçün mübarizə aparır

"Arsenal" və "Çelsi" "Real"ın yetirməsi üçün mübarizə aparır

İngiltərə Premyer Liqasının nəhəngləri "Komo"nun gənc müdafiəçisi Xakobo Ramonla yaxından maraqlanır.

en ru

İtaliyanın "" klubunda çıxış edən mərkəz müdafiəçisi Xakobo Ramon İngiltərə Premyer Liqası təmsilçilərinin diqqət mərkəzindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Londonun "" və "" klubları 21 yaşlı futbolçunun inkişafını yaxından izləyirlər.

Hətta bu komandaların skautları Sesk Fabreqasın rəhbərlik etdiyi kollektivin oyunlarında iştirak ediblər.

İspaniyalı oyunçunun transferi digər klublar üçün o qədər də asan olmayacaq. Belə ki, Madridin "Real" klubu öz yetirməsini ilk olaraq geri almaq hüququna malikdir.

Bundan əlavə, gənc istedadın növbəti satışından əldə ediləcək məbləğin 50 faizi İspaniya nəhənginə çatacaq.

Hazırda "Komo" rəhbərliyi Xakobo Ramonun dəyərini 45-50 milyon avro civarında qiymətləndirir.

Cari mövsümdə gənc müdafiəçi İtaliya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 35 matça çıxıb və rəqib qapılarından iki top keçirməyi başarıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…