İspaniyanın "Real Madrid" klubu heyətində dəyişikliklərə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı İngiltərənin "Liverpul" klubuna satmağı nəzərdən keçirir.
"Liverpul" rəhbərliyi 23 yaşlı futbolçunun mümkün transferi ilə bağlı "Real Madrid"ə rəsmi sorğu göndərib.
Mənbə qeyd edir ki, Madrid klubu və komandanın baş məşqçisi Joze Mourinyo fransalı oyunçu üçün gələcək təklifləri dəyərləndirməyə açıqdırlar.
Öz növbəsində, Kamavinqanın da karyerasında yeni bir mərhələyə başlamaq istədiyi bildirilir.
Klubun bu qərarının arxasında strateji məqsədlər dayanır. "Real Madrid"in əsas hədəfi "Çelsi"nin ulduz futbolçusu Enso Fernandesi heyətinə qatmaqdır. Bu transferi maliyyələşdirmək üçün isə klub bəzi oyunçularla yollarını ayırmağı planlaşdırır.
Qeyd edək ki, Eduardo Kamavinqa 2025/26 mövsümündə bütün turnirlərdə 43 matçda meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.