Əsas məzmuna keç

PSJ "Real Madrid"in ulduz futbolçusu ilə maraqlanır

PSJ "Real Madrid"in ulduz futbolçusu ilə maraqlanır

Fransa klubu Madrid təmsilçisinin yarımmüdafiəçisi Eduardo Kamavinqanı heyətinə qatmaq istəyir.

ru en

Fransanın PSJ klubu ""in 23 yaşlı yarımmüdafiəçisi Kamavinqanı hədəfləyir.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "Diario AS" nəşrinə istinadən yaydığı məlumata görə, Paris təmsilçisi futbolçunun vəziyyəti ilə bağlı artıq qeyri-rəsmi sorğu göndərib.

Baxmayaraq ki, Fransa nəhəngi gənc oyunçuya ciddi maraq göstərir, Eduardo Kamavinqanın özü hazırda "Real Madrid"dən ayrılmaq niyyətində deyil.

İddialara görə, futbolçu klubunu dəyişmək istəmir və yaxın gələcəkdə də bu qərarını dəyişəcəyi gözlənilmir.

Qeyd edək ki, daha əvvəl ilə İtaliyanın "İnter" klubunun da maraqlandığı bildirilirdi.

"Transfermarkt" portalı fransalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, oyunçunun "Real Madrid" ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…