Əsas məzmuna keç

Eduardo Kamavinqanın "Real Madrid"dəki gələcəyi: Həlledici məqam

Eduardo Kamavinqanın "Real Madrid"dəki gələcəyi: Həlledici məqam

Fransalı yarımmüdafiəçinin Madrid klubundakı taleyi mövsümöncəsi hazırlıq dövründəki çıxışından asılı olacaq.

en ru

İspaniyanın “” klubunun fransalı yarımmüdafiəçisi Kamavinqanın komandadakı gələcəyi sual altında qalmaqda davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 23 yaşlı futbolçu bu yay transfer pəncərəsində Madrid təmsilçisini tərk edə bilər. Bildirilir ki, Kamavinqa özü komandada qalmaq istəsə də, klub rəhbərliyi onun satış variantını hələ də nəzərdən keçirir.

“Marca” nəşrinin məlumatına görə, futbolçunun gələcəyi mövsümöncəsi mərhələsində göstərəcəyi performansdan olacaq. Kamavinqa özünü göstərərək həm baş məşqçi Joze Mourinyonu, həm də klub rəhbərliyini komandaya lazım olan oyunçu olduğuna inandırmalıdır.

Qeyd olunur ki, fransalı yarımmüdafiəçinin hazırlıq dövründəki çıxışı onun “Real Madrid”də karyerasını davam etdirib-etdirməyəcəyini müəyyənləşdirən əsas amillərdən biri olacaq.

Qeyd edək ki, Eduardo Kamavinqanın “Real Madrid”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…