Əsas məzmuna keç

Vaşinqtonda İlham Əliyevə qarşı təxribatın iştirakçıları müəyyən edilib

Vaşinqtonda İlham Əliyevə qarşı təxribatın iştirakçıları müəyyən edilib

ABŞ-da Azərbaycan dövlət başçısının qaldığı otelin qarşısında baş verən aksiyanın bəzi iştirakçılarının kimliyi və keçmişi barədə təfərrüatlar məlum olub.

en ru

Fevralın 19-da ABŞ-nin paytaxtı Vaşinqtonda İlham Əliyevin otelin qarşısında baş verən etiraz aksiyası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə dövlət başçısının ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçirilən "Sülh Şurası"nın (Board of Peace) təsis iclasında iştirakı çərçivəsində baş verib.

"Waldorf Astoria" otelinin qarşısında baş verən insident zamanı bir qrup şəxs rəhbərliyinə qarşı təhqiramiz şüarlar səsləndirərək təxribat törətməyə cəhd göstərib. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində asayiş bərpa edilib və şəxslərin mühafizə olunan zonaya daxil olmasının qarşısı alınıb.

Aparılan araşdırmalar nəticəsində aksiyada iştirak edən bir neçə şəxsin kimliyi müəyyənləşdirilib:

  • Adil Əmrahlı: 1990-cı il təvəllüdlü, Federasiyası vətəndaşı. 2022-ci ildə Azərbaycanı tərk edərək ABŞ-a köçüb.
  • Rəhim Yaqublu: Müxalifətçi Tofiq Yaqublunun oğlu, "Müsavat" partiyasının üzvü. 2022-ci ildən ABŞ-da yaşayır.
  • Bəxtiyar Abbasov: Rusiya vətəndaşlığı daşıyır, 2015-ci ildə Azərbaycanı tərk edib.
  • Xilas İsayev, Kənan Cəfərov və Tural Ələkbərli: Hazırda xaricdə yaşayan digər iştirakçılar.

Məlumata görə, iştirakçıların bir çoxunun Rusiya Federasiyası ilə bağlıdır və onlar Qərb ölkələrinə köçməzdən əvvəl uzun müddət orada yaşayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…