Əsas məzmuna keç

Cəbrayılda mina partlayıb, bir nəfər xəsarət alıb

Cəbrayılda mina partlayıb, bir nəfər xəsarət alıb

İşğaldan azad olunan ərazidə baş verən hadisə zamanı mülki şəxs yaralanıb. Partlayışın təfərrüatları və zərərçəkənin vəziyyəti ilə bağlı son məlumatlar.

en ru

İşğaldan azad edilmiş rayonu Dağmaşanlı kəndi ərazisində partlayışı hadisəsi baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş ̆u və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Qeyd edilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…