Əsas məzmuna keç

Cəbrayıl rayonunda mina partlayışı baş verib

Cəbrayıl rayonunda mina partlayışı baş verib

Həsənli kəndində traktorla yer şumlayan Elşən Şəmilov xəsarət alıb. ANAMA, DİN və Baş Prokurorluq ərazidə baş verən insidentlə bağlı vacib xəbərdarlıq edib.

en ru

İşğaldan azad edilmiş rayonunun Həsənli kəndi ərazisində partlayışı hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayəb.

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…