Əsas məzmuna keç

Bakıda güclü külək 2 qadının xəsarət almasına səbəb oldu

Bakıda güclü külək 2 qadının xəsarət almasına səbəb oldu

Paytaxtda müşahidə olunan qasırğa xoşagəlməz hadisələrə yol açıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, iki nəfər xəsarət alıb, təfərrüatlar...

en ru

Güclü küləyin nəticəsində 2 qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirlik məlumat yhayıb.

Qeyd olunub ki, ötən gün saat 20:20-də 1952-ci il təvəllüdlü qadın səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub, müvafiq tibbi yardım göstərilib.

Həmin gün saat 20:40-da 1987-ci il təvəllüdlü qadın isə güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Tibbi müayinə zamanı ona sol əlin 3-4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub, müvafiq tibbi yardım göstərilib.

Müraciət edənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…