İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirilən mətbuat brifinqində İran ilə Birləşmiş Ştatlar arasında davam edən dolayı diplomatik təmasları şərh edib. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Əraqçi Vaşinqton ilə danışıqların vasitəçi tərəflər üzərindən qarşılıqlı mesaj mübadiləsi formatında davam etdirildiyini bildirib.
İran diplomatiyasının rəhbəri Tehranın qarşı tərəfə “Yeddi günlük plan” adlandırılan təkliflər paketini təqdim etdiyini və Amerika tərəfinin mövqeyi ilə tanış olduqlarını diqqətə çatdırıb.
İran xarici işlər naziri hazırda Birləşmiş Ştatların təqdim etdiyi qarşılıqlı təkliflərin Tehran tərəfindən hərtərəfli təhlil edildiyini vurğulayıb. Əraqçi əlavə edib ki, İran İslam Respublikasının rəsmi cavabı yakın bir neçə gün ərzində vasitəçilər vasitəsilə ABŞ tərəfinə təqdim olunacaq.