Əsas məzmuna keç

İran “Tramp marşrutu”nda ABŞ-nin iştirakından narahatdır

İran “Tramp marşrutu”nda ABŞ-nin iştirakından narahatdır

İranın xarici işlər naziri Abbas Arakçi TRIPP çərçivəsində regionda ABŞ-nin hər hansı mövcudluğundan narahat olduqlarını bildirib. O, Ermənistanla bu məsələni müzakirə etdiklərini deyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran İslam Respublikasının naziri Abbas Əraqçi "Tramp marşrutu" (TRIPP layihəsi) və ABŞ-nin regiondakı mümkün mövcudluğu ilə bağlı İran dövlət televiziyasında mühüm bəyanatla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iranlı diplomat rəsmi Tehranın ABŞ-nin Cənubi Qafqazda iştirakına həssas yanaşdığını vurğulayıb:

“Regionumuzda və sərhədlərimiz yaxınlığında Birləşmiş Ştatların hər hansı formada hərbi və ya siyasi mövcudluğundan narahatıq və bu məsələyə olduqca həssaslıqla yanaşırıq”, – deyə A.Arakçi bildirib.

Nazir qeyd edib ki, İran sözügedən məsələ ilə bağlı tərəfi ilə intensiv danışıqlar aparır. Əraqçi İrəvanın Tehranın təhlükəsizlik maraqlarına qarşı zidd addım atmayacağına əmin olduqlarını diqqətə çatdırıb:

“Ermənistan rəsmiləri ilə dialoqumuzu ardıcıl şəkildə davam etdirəcəyik. Bu yaxınlarda Ermənistanın xarici işlər və beynəlxalq tərəfdaşlıq naziri Ararat Mirzoyan Tehrana səfər etdi və çox məhsuldar görüşlər keçirdik. Bu gün isə Məsud Pezeşkian İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüş keçirəcək”, – deyə xarici işlər naziri əlavə edib.

Xatırladaq ki, Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə cari ilin avqustun 8-də Ağ Evdə keçirilən üçtərəfli tarixi görüşdə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin reallaşdırılması barədə prinsipial razılıq əldə ediblər.

Sözügedən layihə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, təhlükəsiz quru və əlaqəsinin təmin edilməsini nəzərdə tutur. Zəngəzur dəhlizi konsepsiyası çərçivəsində reallaşdırılacaq bu strateji marşrut boyunca müasir dəmir yolu, avtomobil magistralı, eləcə də enerji və kommunikasiya xətlərinin çəkilməsi planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…