Əsas məzmuna keç

Rusiya Ukraynada sərnişin avtobuslarını vurdu - 12 ölü, 14 yaralı

Rusiya Ukraynada sərnişin avtobuslarını vurdu - 12 ölü, 14 yaralı

Rusiya Ukraynanın şərqindəki Kramatorsk şəhərində avtobus dayanacağına və avtobusa zərbə endirib. Donetsk vilayətinin qubernatoru ölənlərin olduğunu bildirib.

en ru

və arasında davam edən hərbi əməliyyatların gedişində qarşılıqlı raket və aviasiya zərbələri intensivləşib. Rusiyanın Ukraynanın şərqində, Donetsk vilayətində Kramatorsk şəhərinə endirdiyi zərbə nəticəsində mülki infrastruktura, o cümlədən avtobus dayanacağına və sərnişin avtobusuna kəskin zərər dəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, insident zamanı 12 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin baş verənlərə münasibət bildirərək, həlak olanların sadəcə müharibə statistikası deyil, Rusiya ordusunun zərbələri nəticəsində həyatını itirən dinc sakinlər olduğunu vurğulayıb.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Kramatorsk şəhəri ilə yanaşı, Donetsk vilayətində Ukrayna müdafiə xəttinin əsasını təşkil edən və "qala qurşağı" kimi tanınan digər strateji yaşayış məntəqələrinə də pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumları artırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…