Əsas məzmuna keç

Hakan Fidan: Qara dənizin yeni münaqişə cəbhəsinə çevrilməsinə imkan verməməliyik

Hakan Fidan: Qara dənizin yeni münaqişə cəbhəsinə çevrilməsinə imkan verməməliyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizin yeni münaqişə cəbhəsinə çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, Mekke razılaşmasının hücum sazişi olmadığını və Türkiyənin başqa ölkənin ərazisinə hücum məqsədilə qoşun göndərməyəcəyini bildirib.

en ru

Respublikasının naziri macarıstanlı həmkarı Anita Orban (Anita Orbán) ilə keçirilən birgə mətbuat konfransında regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərinə dair mühüm bəyanatlarla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya-Ukrayna münaqişəsinin regional təsirindən bəhs edən Hakan Fidan hövzəsində sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Türkiyəli diplomat Qara dənizin yeni hərbi qarşıdurma və münaqişə meydanına çevrilməsinə heç bir halda yol verilməməli olduğunu bəyan edib.

Məkkə təhlükəsizlik razılaşmasına toxunan nazir sənədin müdafiə xarakteri daşıdığını diqqətə çatdırıb. Hakan Fidan bildirib ki, sazişə əsasən, tərəfdaş ölkələrdən biri təcavüzə məruz qalacağı təqdirdə ona müvafiq müdafiə dəstəyi göstəriləcək: “Bu, hücum xarakterli müqavilə deyildir. Türkiyə başqa bir dövlətin suveren ərazisinə qoşun yeridərək oradan hücum əməliyyatları həyata keçirmək niyyətində deyil”.

Türkiyə XİN rəhbəri, həmçinin razılaşmanın təsdiqlənməsi üçün Böyük Millət Məclisinə (parlamentə) təqdim olunması istiqamətində bütün hüquqi və inzibati hazırlıq işlərinin yekunlaşdığını əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…