Ağ Ev ABŞ Prezidenti Donald Trampın portretinin təsvir olunduğu xüsusi dizayna malik məhdud sayda buraxılışlı pasportun istehsalını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.
Məlumata görə, pasport seriyası bu ilin iyul ayında – ABŞ Müstəqilliyinin 250 illiyi ərəfəsində satışa çıxarılacaq.
Qeyd olunur ki, yeni sənədin maketində Trampın portreti 1776-cı ildə imzalanmış ABŞ Müstəqillik Bəyannaməsinin mətni və Amerika bayrağının elementləri ilə çərçivəyə salınıb. Dizayn qızılı relyeflə tamamlanıb və onun üzərində dövlət başçısının şəxsi imzası əks olunub.
Bildirilib ki, başqa bir təqdimat afişasında isə tarixi sənədin Qurucu Atalar tərəfindən imzalanmasını əks etdirən məşhur rəsmin surəti yer alır.
Xatırladaq ki, bundan əvvəl ABŞ İncəsənət Komissiyası da Donald Trampın portretinin həkk olunduğu xatirə qızıl sikkəsinin buraxılmasını təsdiqləyib.