Əsas məzmuna keç

Donald Tramp Venesuelaya səfər edəcəyini açıqlayıb

Donald Tramp Venesuelaya səfər edəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu ölkəyə səfər planlaşdırdığını bəyan edib.

en ru

ABŞ Prezidenti Şimali Karolina ştatındakı "Fort Bragg" hərbi bazasına yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, çıxışı zamanı Venesuelanın mövcud rəhbərliyi ilə qurulan dialoqu yüksək qiymətləndirərək, iki ölkə arasındakı əməkdaşlığın mükəmməl səviyyədə olduğunu vurğulayıb.

Karakas administrasiyası ilə çox yaxşı əlaqələrə malik olduqlarını qeyd edən Tramp, ABŞ-nin neft şirkətlərinin regiondakı fəaliyyətinə toxunub:

"Bilirsiniz ki, biz çox sıx əməkdaşlıq edirik. Böyük neft şirkətlərimiz oraya gedir. Nefti hasil edib yüksək qiymətə satacaqlar, isə bu gəlirin böyük hissəsini əldə edəcək. Hazırda Venesuela ilə olan münasibətimiz 10 ballıq şkala üzrə 10-dur".

həmçinin Venesuelanın müvəqqəti Delcy Rodriguez ilə olan münasibətlərindən də bəhs edib. O, Rodriguezin fəaliyyətini tərifləyərək bildirib:

"Onlarla mütəmadi görüşürük və hazırda möhtəşəm iş görüblər. Delcy" çox yaxşı iş çıxarıb. Venesuelada neft hasilatı davam edir və qlobal bazarda bu resursa böyük tələbat var".

Tramp ABŞ-nin neft emalı sahəsindəki üstünlüyünü xatırladaraq, hazırda bu xammalı emal etmək imkanına malik yeganə ölkənin ABŞ olduğunu qeyd edib.

Jurnalistin Venesuelaya səfər edib-etməyəcəyi ilə bağlı sualına isə o, qısa olaraq "Venesuelanı ziyarət edəcəyəm" cavabını verib. Lakin səfərin dəqiq vaxtı barədə məlumat açıqlanmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…