Əsas məzmuna keç

Çində tayfunun müşahidəsi üçün dron sürüsündən istifadə olunub

Çində tayfunun müşahidəsi üçün dron sürüsündən istifadə olunub

Çin Meteorologiya İdarəsi ekstremal hava şəraitində proqnozların dəqiqliyini artırmaq üçün yeni texnologiya tətbiq edib.

ru en

meteoroloqlar "Noul" tayfununun müşahidəsi zamanı proseslərini izləmək üçün ilk dəfə dron sürüsündən istifadə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Çin İdarəsi (CMA) məlumat yayıb.

Bildirilib ki, təcrübə çərçivəsində tayfunun Quanqdonq əyalətinə çatmasından əvvəl və sonra Şençjen şəhərinin Dapenq yarımadasında vasitəsilə meteoroloji məlumatlar toplanıb. Layihənin rəhbəri Quo Jianpinqin sözlərinə görə, bu üsul sahil zonalarında buludların aşağı qatlarında baş verən atmosfer proseslərini daha dəqiq izləməyə imkan verib.

Qeyd olunub ki, yüksək texnologiyalı sensorlarla təchiz edilmiş dronlar küləyin sürəti, rütubət, temperatur və turbulentlik kimi göstəriciləri müxtəlif hündürlüklərdə eyni vaxtda ölçərək tayfunun aşağı atmosfer strukturunun öyrənilməsinə kömək edib.

Bildirilib ki, tədqiqat çərçivəsində hava şəraitinin dronların uçuş trayektoriyasına və batareya sərfiyyatına təsiri də araşdırılıb. Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr aşağı hündürlükdə uçuşların təhlükəsizliyinin artırılmasına, dron logistikasının inkişafına, eləcə də tayfunların intensivliyinin qiymətləndirilməsi və hava proqnozlarının daha da təkmilləşdirilməsinə töhfə verəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…