Əsas məzmuna keç

Kaşima şəhərindəki ticarət mərkəzində partlayış baş verib - YENİLƏNİB

Kaşima şəhərindəki ticarət mərkəzində partlayış baş verib - YENİLƏNİB

Fukuşima prefekturasındakı alış-veriş məkanında qeydə alınan güclü təzyiq dalğası çoxsaylı yaralıların olmasına səbəb olub. Hadisə yerindən ilk görüntülər.

ru en

Yaponiyanın prefekturasının Kaşima şəhərində yerləşən "Aeon Mall" ticarət mərkəzində baş verən partlayışdan sonra ən azı 200 nəfər avtomobil dayanacağına təxliyə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yerli yanğınsöndürənlərin məlumatına görə, nəticəsində bir neçə nəfər yaralanıb və xəstəxanaya çatdırılıb.

Bundan başqa, bir çox insan binanın daxilində köməksiz vəziyyətdə qalıb. Ticarət mərkəzindəki bəzi mağazaların sahibləri bir neçə əməkdaşın itkin düşdüyünü bildiriblər.

***

Yaponiyanın Kumamoto prefekturasının Kaşima şəhərindəki ticarət mərkəzində partlayış baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Kyodo"ya istinadən xəbər verir ki, partlayış nəticəsində binanın ikinci mərtəbəsi qismən çöküb.

Yanğından mühafizə xidmətinin məlumatına görə, çoxlu sayda insan dağıntılar altında və zədələnmiş binanın içində qalıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, bu gün daha əvvəl Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, nəticəsində 50-dən çox insan xəsarət alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…