Əsas məzmuna keç

Kabulun mərkəzində güclü partlayış: Ölənlər və yaralılar var

Kabulun mərkəzində güclü partlayış: Ölənlər və yaralılar var

Əfqanıstanın paytaxtında ticarət mərkəzlərinin yerləşdiyi ərazidə baş verən partlayış nəticəsində itkilərin olduğu bildirilir.

en ru

Əfqanıstanın paytaxtı Kabul şəhərinin mərkəzi hissəsində güclü baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxtın mərkəzləri, mağazalar və otellərin sıx yerləşdiyi Şəhr-e Nau rayonunda qeydə alınıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə hadisə yerində böyük panikanın yaşandığı, insanların ərazidən qaçaraq uzaqlaşdığı və yerdə yaralıların olduğu görünür.

Hadisənin miqyası və dəqiq itkilər barədə məlumatlar dəqiqləşdirilir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Əbdül Mətin Qani hadisə ilə bağlı bildirib ki, partlayış nəticəsində ölənlər və yaralılar var. Hadisənin başvermə səbəbi hələlik müəyyən edilməyib. Yaxın vaxtlarda ictimaiyyətə daha ətraflı məlumat təqdim olunacaq.

Hazırda hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub və araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…