Rusiya Qara dənizdə xarici ticarət gəmisinə zərbə endirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in “UNIAN“-a istinadən xəbərinə görə, Tanzaniya bayrağı altında üzən gəmi dronla hədəfə alınıb.
Məlumata görə, gəmi hücum vaxtı Ukrayna limanı istiqamətində hərəkətdə olub.
Hücum nəticəsində gəminin kapitanı ölüb, daha 3 dənizçi isə xəsarət alıb.