Əsas məzmuna keç

Tramp Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışdı

Tramp Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışdı

ABŞ Prezidenti Donald Tramp Konqresdəki State of Union çıxışında Bakı və İrəvan arasındakı sülhdən danışdı. Ağ Ev rəhbərinin hərbi güc barədə sensasion bəyanatı...

en ru

ABŞ Prezidenti Tramp Konqresdəki illik "State of Union" müraciəti zamanı ölkənin hərbi dominantlığının bərpa edildiyini və dünyanın amerikalılar üçün artıq daha təhlükəsiz olduğunu bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, xaricdəki vətəndaşların təhlükəsizliyinin təmin olunmasını xüsusi vurğulayıb.

çıxışında qlobal münaqişələrə toxunaraq, və arasındakı problemin həllindən də danışıb.

"İlk 10 ayımda da daxil olmaqla səkkiz müharibəyə son qoydum. Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, eləcə də Konqo və Ruanda arasında müharibələrdir", - deyə Tramp bildirib.

Bundan əlavə, Tramp qeyd edib ki, onun Qəzza Sülh Planı qalan bütün girovların azad edilməsini təmin edib: "Regional təhlükəsizlik və rifah üçün Sülh Şurası yaradılıb və bu da Yaxın Şərqdə davamlı sabitliyin yolunu açıb".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…