ABŞ senatoru İran rejimi ilə bağlı açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə ABŞ senatoru Kori Buker (Demokrat-Nyu Cersi) İran Beynəlxalq Təşkilatına müsahibəsində danışıb.
Bildirilib ki, senator İran xalqının hazırkı rejimdən azad edilməsinin vacibliyini vurğulayıb.
“Biz İran xalqının öz xalqına qarşı dəhşətli işlər görən bir rejimdən azad olması üçün bir yol tapan bir millət olmalıyıq”, – deyə o bildirib.
Məlumata görə, Buker iranlıların uzun illərdir fundamental insan hüquqlarının məhdudlaşdırılması ilə üzləşdiyini qeyd edib və onları “fövqəladə xalq” adlandırıb.
O, həmçinin müharibənin adi vətəndaşların vəziyyətini daha da ağırlaşdırdığını deyərək, mülki itkiləri “ağır faciə” kimi qiymətləndirib.