ABŞ kəşfiyyatı İranın hərbi imkanlarını qoruduğunu bildirir.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “NBC News” ABŞ kəşfiyyat orqanlarının məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, qiymətləndirmələrə əsasən, Tehran minlərlə raket və dron, eləcə də Hərbi Hava Qüvvələri və Donanmasının böyük hissəsi daxil olmaqla əhəmiyyətli hərbi imkanlarını saxlaya bilib.
Məlumata görə, bu yanaşma Pentaqon rəhbəri Pit Heqsetin İranın hərbi gücünün zəifləməsi ilə bağlı açıqlamalarına ziddir. ABŞ kəşfiyyatının hesabatlarında İranın Hərbi Hava Qüvvələrinin aktivlərinin yarıdan çoxunu saxladığı, ixtisaslaşmış Hərbi Dəniz Qüvvələrinin gəmilərinin isə yarıdan çoxunun toxunulmaz qaldığı qeyd olunub.
Telekanal həmçinin bildirib ki, ötən həftə Müdafiə Kəşfiyyat Agentliyinin direktoru Ceyms Adams qanunvericilərə Tehranın “minlərlə raket və birtərəfli hücum dronunu saxladığını” deyib.