Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Union Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 55-dən 54-ə düşüb.
Xatırladaq ki, “Union Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT 2022-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2021-ci ilin yekununda onun öhdəlikləri aktivlərini üstələmiş, balans kapitalında 206 min manat çatışmazlıq yaranmışdı. Bu isə faktiki müflislik deməkdir.