Əsas məzmuna keç

Umarali Rahmonaliyev Qazaxıstan klublarına keçmək istəmir

Umarali Rahmonaliyev Qazaxıstan klublarına keçmək istəmir
— Foto: idman.biz

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi karyerasını Qərbi Avropada davam etdirməyi planlaşdırır. Qazaxıstan klublarının futbolçuya maraq göstərdiyi bildirilir.

en ru tr

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Rahmonaliyev Qazaxıstan çempionatına keçmək istəmir. ASnews-in məlumatına görə, 23 yaşlı futbolçu karyerasını Qərbi Avropada davam etdirməyi planlaşdırır.

Qazaxıstan klublarının marağına baxmayaraq, futbolçunun bu ölkəyə keçidi real görünmür. Rahmonaliyev “Bunyodkor” akademiyasının yetirməsidir. Onun UEFA Çempionlar Liqasında çıxış etməsi Avropa klublarına transfer imkanlarını artırır.

Rahmonaliyevin vaxtilə Rusiyanın “Rubin” klubuna keçidində iştirak edən mənbə də məlumatı təsdiqləyib: “Hazırkı mərhələdə Qazaxıstan klublarının heç bir şansı yoxdur”.

“Sabah” bu ilin yanvarında yarımmüdafiəçinin transfer hüquqlarını Kazan təmsilçisi “Rubin”dən 400 min avroya, təxminən 790 min manata alıb. Rahmonaliyevin klubu ilə müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.

Futbolçu Özbəkistan millisinin DÇ-2026 üçün açıqlanan genişləndirilmiş heyətinə də daxil edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…