Əsas məzmuna keç

Paşinyan: Yeni Konstitusiya layihəsi beynəlxalq ekspertizadan keçiriləcək

Paşinyan: Yeni Konstitusiya layihəsi beynəlxalq ekspertizadan keçiriləcək

Ermənistan hökuməti tərəfindən təqdim edilən yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək. Bu barədə Baş nazir Nikol Paşinyan...

en ru tr

hökuməti tərəfindən təqdim edilən yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Nikol jurnalistlər üçün brifinqdə bildirib.

"Layihə bu suallara cavab verilməsi üçün Venesiya Komissiyasına göndəriləcək. Görək, o, cavab verəcəkmi", - Paşinyan müxalifətin yeni Konstitusiyanın bir sıra müddəalarının Ermənistanın Avropa İttifaqına daxil olması imkanını istisna etdiyi barədə iradlarına cavab verərkən bildirib.

O, həmçinin əgər müxalifəti ilə konstitusiya islahatı ilə bağlı danışıqlar nəticə verməzsə, Ermənistanda növbədənkənar parlament seçkilərini elan etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Xatırladaq ki, Ermənistan hökuməti noyabrın 23-də yeni Konstitusiya layihəsini dərc edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…