Əsas məzmuna keç

Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəyib

Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəyib

"Naftogaz" və "Ukrenergo" şirkətləri ölkənin bir neçə vilayətində neft-qaz və elektrik enerjisi obyektlərinin zədələndiyini açıqlayıb.

en ru

Ukraynanın "" şirkətinin verdiyi məlumata görə, ölkənin Poltava və Sumi vilayətlərində neft-qaz infrastrukturu obyektlərinə ciddi ziyan dəyib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, şirkət rəhbəri Sergey Koretski bildirib ki, hücumlar nəticəsində avadanlıqların bir hissəsi sıradan çıxıb və dağıntılar qeydə alınıb.

Məlumata görə, Poltava vilayətində istehsalat sahələri, Sumi vilayətində isə şirkətin müəssisələri hədəf alınıb.

Eyni zamanda, "Ukrenergo" şirkəti Kiyevin nəzarəti altında olan ərazilərdəki bütün atom stansiyalarının (AES) elektrik enerjisi istehsalını dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb.

Yaranmış vəziyyətlə əlaqədar Ukraynanın bütün regionlarında elektrik enerjisinin verilməsində tətbiq edilən saatlıq məhdudiyyətlərin müddəti artırılıb. Energetika Nazirliyi yaxın günlərin paytaxt Kiyev sakinləri üçün xüsusilə ağır keçəcəyi barədə xəbərdarlıq edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…