Əsas məzmuna keç

Üçillik bakalavr təhsili mümkün olacaqmı? Nazirdən açıqlama

Üçillik bakalavr təhsili mümkün olacaqmı? Nazirdən açıqlama

Nazir Emin Əmrullayev 12 illik təhsilə keçidlə bağlı xəbərlərə aydınlıq gətirib. Bəs ali məktəblərdə bakalavriat təhsilinin müddəti niyə qısalır?

ru en

“Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, məsələsi müzakirə olunur: “Bu, maraqlı müzakirədir. Burada bəzi məsələləri, o cümlədən məzunun yaşını nəzərə almaq lazımdır. , tutaq ki, bizim şagirdlərimiz 6 yaşından məktəbə gedir, 11-ci sinifdən təxminən 17 yaşında məzun olurlar. 4 il oxuyanda onlar 20-21 yaşlarında böyük şəxslərdir. Məncə, onlar üçün də lazım olan məsələdir ki, 19 yaşda da, 20 yaşda da əmək bazarına gəlsinlər. Elə ixtisaslar var ki, məsələn, turizmin təşkili, bəlkə də, onu 3 ilə buraxmaq olar. Məndən soruşsanız, bunu mütəxəssislər və ayrı-ayrı sahə ekspertləri müəyyən etməlidirlər ki, əslində bu ixtisasın formalaşması hansısa məmurun və yaxud da hansısa siyasətçinin rəyi əsasında yox, həmin əmək bazarında olan mütəxəssislərin rəyi əsasında formalaşmalıdır”.

Nazir əlavə edib ki, bəzi sahələrdə mütəxəssis hazırlamaq üçün 3 il kifayət etməyə bilər: “Məsələn, mənə elə gəlir, mühəndis hazırlamaq üçün həqiqətən bu vaxt azdır. Məsələn, tibb bazası təhsili tutaq ki, 6 ildir, müəllimlik 4 ildir. Biz Boloniya prosesinə keçəndə bir qədər bütün ixtisasları eyni qəlibə salmağa çalışmışıq. Bəzi ixtisaslarda bu, düzdür, məsələn, hazırda baytarlıq ixtisası 5 ildir. Bəzi ixtisaslar 4, bəziləri 5-dir. Bəzi peşələri öyrənməyə 6 il, bəzilərini öyrənməyə isə 4 il lazımdır. Bu, peşənin mürəkkəbliyindən asılıdır. Yəni bunlar müzakirə olunmalıdır və bu müzakirələri tənzimləyici qurum olaraq Təhsil İnstitutu və ilə yanaşı, əsasən ixtisas adamları etməlidirlər. Onlar deməlidirlər ki, məsələn, inşaat mühəndisini hazırlamaq üçün 3 il olmaz, bu, 4 il olmalıdır və ya 5 il olmalıdır. Misal üçün, turizm mütəxəssisini 3 ilə hazırlaya bilərsiniz.

Yəni bizim burada bir də qoşulduğumuz konvensiya sənədləri də nəzərdən keçirmək lazımdır. Məsələn, Boloniya konvensiyasında olan məsələ ki, 180-240 kreditdən danışılır, bu, 3 və ya 4 ildir. Amma hazırda dediyim kimi, 12 illik təhsilə keçid nəzərdə tutulmur. Təbii ki, 12 plus 3 olan, müəyyən mənada işləyən model olan yerlər var. Hazırda biz 11 plus 4-dən danışırıq. Amma 4 illik ixtisasların bəzilərinin 3 illik olması ilə bağlı mütəxəssislər, əgər bu sahənin işəgötürənləri hesab etsələr ki, 3 il də olar, mən düşünürəm ki, bəzi sahələrdə bu, mümkündür. Bu, sırf daha tez əmək bazarına çıxmaq üçün yaxşı şansdır. Lakin ümumilikdə bütün ixtisasları 3 ilə keçirmək də yəqin ki, müzakirə predmeti deyil”.

Qafqazinfo

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…