BƏƏ hava məkanında məhdudiyyətlər uzadılıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə TASS Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda tətbiq olunan məhdudiyyətlər ən azı 27 aprelədək qüvvədə qalacaq.
Məlumata görə, BƏƏ hava məkanı bazar ertəsi gününə qədər qismən bağlı olacaq və uçuşlar üçün məhdud sayda marşrutlar fəaliyyət göstərəcək.
Qeyd olunub ki, yerli hava limanlarına və hava limanlarından uçuşlar üçün yalnız altı dəhliz açıq saxlanılıb, Qətər istiqamətində uçuşlar üçün isə əlavə iki marşrut müəyyən edilib.
Mənbə həmçinin bildirib ki, BƏƏ aviasiya hakimiyyəti xarici aviaşirkətlərə potensial risklərlə bağlı xəbərdarlıq edib və uçuşlar üçün əvvəlcədən risk qiymətləndirilməsi təqdim olunmasını tələb edir.
Bu prosedurun mayın 7-dək qüvvədə qalacağı gözlənilir.