Əsas məzmuna keç

İsaak Hersoq: “Arzum maşına minib Beyruta getməkdir”

İsaak Hersoq: “Arzum maşına minib Beyruta getməkdir”

İsaak Hersoq İsrail və Livan arasında münasibətlərin normallaşdırılması barədə mühüm mesaj verib. Yaxın Şərqdə təhlükəsizlik və yeni danışıqlar raundu üçün maraqlı təklif.

en ru

İsrail Prezidenti Livanla dostluq münasibətləri qurmaq istədiyini bildirib

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak açıqlama verib.

Bildirilib ki, o, İsrailin Müstəqillik Günü münasibətilə diplomatlar üçün keçirilən qəbulda çıxış edərək Livanla münasibətlərin normallaşdırılması arzusunu ifadə edib.

Hersoq qeyd edib ki, Yaxın Şərqdə gələcək nəsillər üçün daha təhlükəsiz və imkanlarla dolu mühitin yaradılması əsas məqsədlərdən biridir.

“İsrail bütün oğul və qızlarımızın qorxu deyil, fürsət miras alacağı Yaxın Şərq yaratmaq üçün hamınızla birgə işləməyi səbirsizliklə gözləyir”, – deyə o bildirib.

əlavə edib ki, onun şəxsi arzularından biri də Livana sərbəst səfər etməkdir.

“Arzum maşına minib birbaşa Beyruta getmək, bu gözəl şəhəri ziyarət etmək və livanlılarla dost olmaqdır”, – deyə Hersoq vurğulayıb.

Qeyd olunub ki, o, İsrail və Livan arasında planlaşdırılan növbəti danışıqlar raundunun uğurlu olacağına ümid etdiyini bildirib.

Hersoq eyni zamanda qeyd edib ki, sülhə nail olmaq üçün İsrail öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…